Yüklənir...

RUHİ ƏLİYEVA

Xoş gəldiniz

Haqqında


person image person image person image

R U H İ
Ə L İ Y E V A

Əliyeva Ruhiyyə Nəsrəddin qızı (Ruhi) 1977-ci ilin 8 mart tarixində Azərbaycanın Tovuz şəhərində yerləşən Aşağıeyyublu kəndində dünyaya göz açıb. Ziyalı ailəsində doğulan Ruhi, 1983-cü ildə Tovuz şəhəri, adıçəkilən kənddə yerləşən 2 saylı tam orta məktəbə daxil olub. Orta məktəbi bitirən R.Əliyev bir müddət sonra, Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetinə daxil olub. 2009-cu ildə həmin təhsil ocağını bitirən Ruhi, bir il sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub və 2014-cü ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirib.
Ruhi professional səhnəyə 2007-ci ildə gəlib. Elə həmin ildə onun ilk mahnı və klipi işıq üzü görüb. 2009-ci ildə R.Əliyeva ilk və yeganə albomunu oxucu kütləsinə təqdim edir. Ramiz Rövşənin müəllifi olduğu “Mən sənsiz ölmədim” şeidi öncə mahnıya, ardınca klipə və sonra 12 musiqi parçasından ibarət diskə çevrilir. Ruhi Əliyevanın bu gün də sevərək dinlədiyimiz “Sevdim”, “Mən ölərəm”, “İki damla”, “Güllərim soldu” və bir neçə maraqlı ifaları var. Hazırda onun 10 yaxın klipi mövcutdur. Ruhi həm də “Dəb İkonası” təxəllüsü ilə tanınır. Belə ki, o, 2008-ci ildə dünyaca məşhur “Best Model of the World” yarışmasının Azərbaycan üzrə təsisçisi olub. Layihənin qalibini şəxsən özü mükafatlandırıb. Dəb aləm ilə geniş maraqlanan R.Əliyeva bir neçə televiziya layihəsini də həyata keçirib. O, ATV kanalında yayımlanan “Özünə bax” və “DəbSiz” verilişlərinin aparıcısı və müəllifi olub. Ruhi Əliyeva “Qrand”, “Uğur Zirvəsi” kimi saysız-hesabsız mükafatların sahibidir. Ailəlidir. İki övladı var.

  • Ad:

    Ruhi Əliyeva
  • Yaş:

    39 yaş
  • Atası:

    Nəsrəddin
  • İşi:

    Müğənni,Aparıcı
  • Doğum yeri:

    Tovuz
  • Mükafat:

    Qrand

TƏHSİL VƏ KARYERA


TƏHSİL

  • Azərbaycan TEXNOLOGİYA UNİVERSİTETİ

    Fərqlənmə diplomu ilə bitirib - 2005-2009

    Ziyalı ailəsində doğulan Ruhi, 1983-cü ildə Tovuz şəhəri, adıçəkilən kənddə yerləşən 2 saylı tam orta məktəbə daxil olub. Orta məktəbi bitirən R.Əliyev bir müddət sonra, Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetinə daxil olub.

  • Azərbaycan Dövlət Rəssamlıq Akademİyası

    Fərqlənmə diplomu ilə bitirib - 2010 to 2014

    2009-cu ildə Azərbaycan Texnologiya Universitetini bitirən Ruhi, bir il sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub və 2014-cü ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirib.

Karyera

  • MÜĞƏNNİ

    Ruhi professional səhnəyə 2007-ci ildə gəlib

    Ruhi professional səhnəyə 2007-ci ildə gəlib. Elə həmin ildə onun ilk mahnı və klipi işıq üzü görüb. 2009-ci ildə R.Əliyeva ilk və yeganə albomunu oxucu kütləsinə təqdim edir. Ramiz Rövşənin müəllifi olduğu “Mən sənsiz ölmədim” şeidi öncə mahnıya, ardınca klipə və sonra 12 musiqi parçasından ibarət diskə çevrilir. Ruhi Əliyevanın bu gün də sevərək dinlədiyimiz “Sevdim”, “Mən ölərəm”, “İki damla”, “Güllərim soldu” və bir neçə maraqlı ifaları var. Hazırda onun 10 yaxın klipi mövcutdur

  • Best Model of the World

    Yarışmanın Azərbaycan üzrə təsisçisi(2008)

    Ruhi həm də “Dəb İkonası” təxəllüsü ilə tanınır. Belə ki, o, 2008-ci ildə dünyaca məşhur “Best Model of the World” yarışmasının Azərbaycan üzrə təsisçisi olub. Layihənin qalibini şəxsən özü mükafatlandırıb.

  • TV Aparıcı

    Özünə Bax, DəbSiz

    Dəb aləmi ilə geniş maraqlanan R.Əliyeva bir neçə televiziya layihəsini də həyata keçirib. O, ATV kanalında yayımlanan “Özünə bax” və “DəbSiz” verilişlərinin aparıcısı və müəllifi olub.

FOTO VƏ VİDEOLAR


ƏLAQƏ


  • Menecer :
  • Veb Sayt : wwww.ruhialiyeva.com
  • Email : info@ruhialiyeva.com
  • Sosial şəbəkələr :